Salam, xoş gəlmisiniz.

Hadi Rəcəblinin nəticələri ləğv olunub? - AÇIQLAMA

2020-02-13 14:20:00

Hadi Rəcəblinin nəticələri ləğv olunub? - AÇIQLAMA

74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.
Hurriyyet.org xəbər verir ki, Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.
"Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur", - deyə Ə.Quliyev əlavə edib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93