Hafiz Hacıyev ianə toplamağa başladı

19 May, 2020, 18:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Müasir Müsavat Partiyasının yerləşdiyi qərargahın kirayəsini karantin dövründə ödəyə bilmədik. Bizi qərargahdan çıxartmağa çalışırdılar. İndi imkanlı üzvlərimizdən ianələr toplayırıq, ayın əvvəli, üzvlük haqqının yığılması başlayacaq. Hər halda kirayə haqqını sahibkara çatdıracağıq”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, karantin rejimi yumşaldılandan sonra partiya üzvləri ofisə gedib gəlir:

“Əsas bu aralar qurultayımızın keçirilməsinə güc veririk. Rayon təşkilatlarında bu məqsədlə konfranslarımız keçiriləcək.

Koronavirus pandemiyası ilə bağlı hökumətə təkliflərimizi də təqdim etmişdik. Dövlət bu dönəmdə çoxşaxəli işlədi və qeyd olunan təkliflərin hər biri nəzərə alındı. İlk növbədə bərbərxanaların açılması, iaşə müəssisələrinin açılması, 65 yaşdan yuxarı şəxslərin işə buraxılması və s. ilə bağlı təkliflərimiz hökumət tərəfindən reallaşdırıldı”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93