Salam, xoş gəlmisiniz.

Hakan Şükür taksi xidmətində işləməyə başladı - VİDEO

2020-01-14 12:24:00

Hakan Şükür taksi xidmətində işləməyə başladı - VİDEO

Türkiyədə haqqında həbs qərarı çıxarılan və əmlakə müsadirə olunan  FETÖ fərarisi Türkiyə milli komandasının keçmiş  futbolçu, sabiq deputat Hakan Şükür, Amerika Birləşmiş Ştatlarında taksi sürücülüyü ilə məşğuldur. 

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyədəki mülkü müsadirə olunan, 2015-cin ildə ABŞ-a qaçan  H.Şükürün açdığı kafedə işlər pis getməyə başlayıb. Həmin iş yerini bağlamaq məcburiyyətində qalan sabiq millət vəkilinin "uber" sürücülüyü və kitab satıcılığı ilə məşğul olduğu bildirilib. 

Xatırladaq ki, ABŞ-da müxtəlif işlərlə məşğul olan Hakan Şükürün ailəsinin də mal varlıqlarına əl qoyulub.

Türkiyədən ABŞ-a qaçdıqdan sonra bir müddət özünə lüks  həyat quran Şükür Kalifornia əyalətində 2018-ci ildə tərəfindən görüntülənmişdi. H.Şükürün o dövrdə ailəsiylə yaşadığı evin qitymətinin 3 milyon dollar olduğu, onun həmin evdə  aylıq 6 min 850 dollar kirayə pulu ödədiyi ortaya çıxmışdı. 

3 milyon dollarlıq evi ilə yanaşı, Şükür lüks avtomobilləri ilə diqqət çəkdi və evinin qarşısında ağ rəngdə və ən son model Ciplər və minik avtomobilləri ilə görüntülənmişdi. 

O mətbuat tərəfindən görüntüləndikdən sonra Kaliforniyada başqa bir əraziyə köçməli olmuşdu. 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru