Hande Harmancı Quba səfərindən danışdı

0

Mənim Qubada olduğum gün şənbə günü idi və orada küçəyə çıxmaq qadağası yox idi.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, rayonlara gedib-getməmək hökumətin verəcəyi qərardır.

Qeyd edək ki, H.Harmancı iki günlük sərt karantin günlərində Qubada istirahətdə olarkən çəkilən fotolarını “İnstagram” səhifəsində paylaşıb. Onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub./azvision.az