Ev Dünya “Hanna” Trampın Meksika ilə sərhəddə tikdirdiyi divarı uçurdu – Ölənlər və itkin...

“Hanna” Trampın Meksika ilə sərhəddə tikdirdiyi divarı uçurdu – Ölənlər və itkin düşənlər var

1

Hurriyyet.org xəbər verir ki, ABŞ-da baş verən Hanna qasırğası Birləmiş Ştatların prezidenti Donald Trampın köçkünlərin qarşısını almaq məqsədilə Meksika sərhədində ucaltdığı divarın bir tərəfinin uçmasına səbəb olub.

Yerli media sel nəticəsində 2 nəfərin həlak olduğu, 4 nəfərin isə itkin düşdüyü xəbərini yayıb.

Hanna qasırğası Meksikanın şimalında qopub. Qasırğa üzündən təsirli olan leysan yağışların fəsadları ilə mübarizə aparılması üçün Meksika ordusunun 12 min nəfər üzvü xilasetmə işlərinə cəlb edilib. Yağışlar çayların daşmasına səbəb olub. 80 nəfər selin cəngindən xilas edilib.

Hurriyyet.org