Salam, xoş gəlmisiniz.

Həcc ziyarətinin qiymətində artım gözlənilir

2017-12-28 14:17:15

Həcc ziyarətinin qiymətində artım gözlənilir

Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.

Hurriyyet.org xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra – yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.

Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.

Bu il Azərbaycandan indiyə qədər ən az sayda – 900 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93