“Həftər əvvəlcə razılıq verdi, sonra qaçdı, bundan sonra Putinin işidir” – ƏRDOĞAN

14 Yanvar, 2020, 12:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, rəhbərlik elədiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında iştirak edən Türkiyə prezidenti R.T.Ərdoğan öz çıxışında qiyamçı general Həftərin Liviyada atəşkəsin bərqərar olması üçün razılaşma imzalamaqdan imtina eləməsi məsələsindən danışarkən deyib: “Çevrilişçi Həftər sənədi imzalamaqdan boyun qaçırdı. Əvvəlcə “bəli” dedi, sonra Moskvanı tərk elədi, Moskvadan qaçdı. Heyətimiz orada dürüst davranışını nümayiş etdirərək, imzasını atdı. Hazırda sənədlərin hamısı bizim əlimizdədir. Həftər masada bir yalan çevrilişi edərək, Moskvanı tərk elədi. Bundan sonrası möhtərəm Putin və komandasına aiddir. Biz axıra qədər sözümüzün arxasında durduq”.

Ərdoğan deyib: “Atəşkəs barəsində yazılı razılaşma imzalamaq üçün dünən Moskvada aparılan danışıqlarda Tripoli hökuməti uzlaşmaya razı olduğunu göstərdi. Bu mövqeyə rəğmən qiyamçı Həftər imzalamaqdan boyun qaçırdı.

Əvvəlcə “bəli” dedi, sonra isə təəssüf olsun ki, Moskvanı tərk elədi. Moskvadan qaçdı və razılaşmanı imzalamadı. Lakin heyətimiz dürüst davranışını nümayiş etdirdi. Yoldaşlarımız imzalarını atdılar və hazırda bütün sənədlər əlimizdədir.

Biz vəzifəmizi həyata keçirdik. Bundan sonrası möhtərəm Putin ilə komandasının işidir. Biz heç bir zaman söylədiyimiz sözü inkar etmərik.

Həftərin irəli sürdüyü şərtlər və davranışı əsl simasını göstərir. Bundan əvvəlki razılaşmalarda da davranışının heç də yaxşı olmadığını yaxşı bilirik.

Bu gün atəşkəs təklifini rədd eləməsi bizi heç də təəccübləndirmədi. Lakin bu səfər keçmişdəkindən fərqli olaraq, işin içərisində Türkiyə var.

Dünən Moskvada aparılan danışıqları qiyamçı general Həftərin iç üzünü göstərməsi baxımından müsbət qiymətləndirik”.

Hurriyyet.org

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93