“Həmsədrlər ilin axırına kimi prosesdə görüntü yaratmağa çalışacaqlar” – Məhəmməd ƏSƏDULLAZADƏ

27 Avqust, 2019, 10:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Azərbaycan tərəfi BMT-də Qarabağ məsələsini qaldırmalıdı”

“ATƏT -in Minsk qrupunun həmsədrləri növbəti dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlayır. Ermənistan tərəfi Moskva və Vaşinqton danışıqlarını demək olar ki, fiaskoya uğradıb. Həmsədrlər yeni görüş təşkil etməklə danışıqlara impuls vermək və ilin axırına kimi prosesdə görüntü yaratmağa çalışacaqlar”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

“Yerevanda həmsdərlərin fəaliyyətindən razıdırlar”

“Minsk qrupunun həmsədrləri Yerevanın son aylarda danışıqlara zərbə vuran bəyanatlarına demək olar ki, reaksiya verməyiblər. Halbuki, həmsədrlər mütləq şəkildə Yerevanın bu kəskin artırılmasına qarşı hərəkətə keçməli idilər. Məhz ilin axırı yaxınlaşması sadəcə həmsdərlər yenidən dirilərək, guya, danışıqları bərpa etməklə özlərinin reklamını edəcəklər. Ümumiyyətlə, Yerevanda həmsdərlərin fəaliyyətindən razıdırlar. Ona görə də, Azərbaycan tərəfi BMT-də Qarabağ məsələsini qaldırmalı, prosesi siyasi və hərbi istiqamətdə irəlilətməlidir”-deyə politoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93