Salam, xoş gəlmisiniz.

Həmyerlimiz Almaniyada özünü yandırdı - Şok təfərrüat

2019-09-11 23:26:11

Həmyerlimiz Almaniyada özünü yandırdı - Şok təfərrüat

Almaniyanın Hermefkeil şəhərində daha bir həmvətənimiz özünə qəsd edib.

Bu barədə Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb.

Onun sözlərinə görə, həmyerlimiz vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial idarəyə gedib və orada baş verən mübahisədən sonra üzərinə benzin tökərək özünü yandırıb.

Əlövsət Əliyev ağır yanıq xəsarətlərindən koma vəziyyətinə düşən həmyerlimizin hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparıldığını qeyd edib: "İlkin məlumata görə, onun adı Emindir, 34 yaşı var və Sumqayıtda anadan olub".\\Teleqraf.com


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru