Hər gün istifadə etdiyimiz AĞ ZƏHƏR: Qənd vasitəsilə bizi zəhərləyən kimdir? – ARAŞDIRMA

19 İyun, 2020, 14:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılıb. Baş Prokurorluq bu məsələ ilə bağlı əlavə açıqlama yayıb və bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoudun qənd sexlərində kəllə qəndin istehsalı zamanı məhsulun rənginin ağardılması və xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi məqsədilə istifadə olunan, insan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və Respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışını həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən kəllə qənd istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Adları qeyd edilən şəxslərlə bağlı cinayət işi açılıb.

Kəllə qənd alan zaman ehtiyatlı olun! Aldığınız və evinizdə uşaqlarınızın da istifadə etdiyi, qonaqlarınıza da təqdim etdiyiniz bu məhsul zəhərli ola bilər. Bəs qənd satışını həyata keçirən sahibkarlar və istehlakçılar qənd alarkən nələrə diqqət etməlidirlər? Ümumiyyətlə, qəndi əvəzləyən alternativlər varmı? Varsa niyə istifadə etmirik və özümüzü hansısa kimyəvi qatqılar əlavə olunan qəndlə zəhərləyirik?

Hurriyyet.org bildirir ki, publika.az hələ də bir çoxları üçün qaranlıq qalan bu məsələni gün üzünə çıxarmağa çalışıb, ekspertlərin rəyini öyrənib.

Mövzu ilə bağlı danışan “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) sədri Eyyub Hüseynov hələ 2018-ci ildə ölkənin əmtəə bazarında bəzi kiçik sexlərdə istehsal olunan təhlükəli kəllə qənd barədə istehlakçılara məlumat verdiyini və Qida Təhlükəsizliyi Agentliyi(AQTA) fəaliyyətə başlayandan sonra bu kimi təhlükəli kəllə qəndlərin ekspertizasını keçirməyi xahiş etdiyini bildirib:

“AQTA-dan AİİB-ə daxil olmuş 20.11.2019-cu il tarixli cavab məktubunda göstərilir ki,”Qədim dad”, “Bizim əsr”, “İran”, “Mədinə” mal nişanlı qənd istehsalı müəssiələrində manitorinqlər keçirilib və bu müəssiələrdə ağ kəllə qənd hazırlanan zaman, texnoloji proses bilərəkdən pozulub, qəndin ağardılması üçün tekstildə,dəri aşılanmasında istifadə olunan və insan sağlamlığı üçün təhlükə törədən 5-ə qədər kimyəvi maddədən, o cümlədən natrium dionitdən, tetrodekonol kimi kimyəvi maddələrdən istifadə olunduğu aşkar edilib. Bu müəssisələrə qarşı cinayət işi qaldırılıb, qeyd olunan markalı mallar satışdan çıxarılmışdır. Bu barədə AQTA ictmaiyyətə mətbuat vasitəsi ilə məlumat da verib.

AİİB sədri bildirib ki, əhalinin müraciətləri əsasında İctimai Birlik bundan sonra əmtəə bazarında 2 dəfə monitorinq keçirib və qeyd olunan markalı kəllə qəndlərin bəzilərinin hələ də əhaliyə satıldığını müəyyən edib:

“Son monitorinq iyunun 6-da keçirildi və kimyalaşdırılaraq ağardılan təhlükəli kəllə qəndlərin kütləvi şəkildə, hətta müasir marketlərdə satıldığını müəyyən etdik. Bu barədə AQTA-ya yenidən müraciət etmək qərarına gəlindi. Elə iş aparılmalıdır ki, qaldırılan məsələ biznes qurmları və vətəndaşlar tərəfindən dəstəklənsin. Mağazalar o məhsulları qəbul etməməlidirlər. Hər bir istehlakçının yanında bir dövlət qurumu yoxdur. Onlar özləri fərqləndirməlidirlər. Belə şey yolverilməzdir. İstehlakçılar AQTA-nın təlimatlarını izləsinlər, əsl məhsulu təhlükəli kimyəvi maddə qatılmışlardan fərqləndirə bilsinlər. Mağazalar saxta məhsulları satışa götürməməlidirlər. Sahibkarlar mənim və ya AQTA-nın məlumatlarımı əldə etsinlər və oradan baxaraq əsl qəndi saxta olandan fərqləndirsinlər”.

Azərbaycan Milli Kulinariya Assosiasiyası İdarə Heyətinin, Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov ağ qəndin tərkibinə qatılan kimyəvi maddələrdən danışıb. O deyib ki, Calcium hydroxide (Kalsium hidroksit) şəkər emalı zamanı əlavə olunaraq bəzi maddələrin çöküntüsü üçün istifadə olunur:

“Sulfur dioxide E220 kodu ilə tanınan kükürd dioksid isə şəkər emalı zamanı buxarlamadan öncə şəkərin rəngini qoruyub saxlamaq və mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Phosphoric acid (Fosfor turşusu) emal zamanı şəkərin saflaşdırılmasında istifadə olunur. Bəzi yeni metodlarda isə şəkəri saflaşdırmaq üçün Poliacrylamide kimyəvi maddə qatılmaqdadır. “Kalsium hidroksidin” tərkibində insan sağlamlığı üçün təhlükə yaradan müəyyən maddələr var”.

Qida texnoloqu nəzərə alınmalı olan riskləri də açıqlayıb: “Bu kimyəvi maddə tənəffüs yollarının qıcıqlanmasına, quru öskürəyə və nəfəs darlığına səbəb olur. Gözlər üçün də təhlükəli maddədir və korluğa qədər gətirib çıxara bilər. Daxilə qəbul edildiyində, mədə qıcıqlanması şiddətli ağrı və qusmaya səbəb olur. Dəri ilə təmasda olduğunda isə dəriyə zərər verə bilə və ya hətta ciddi dəri yanmasına səbəb ola bilmə ehtimalı yüksəkdir”.

Ağa Salamov qəndi əvəz edəcək alternativləri qeyd edib: Ötən əsrlər ərzində insanlar xurma, üzüm, alma və armud kimi çox şəkərli meyvələrin suyundan alternativ yol ilə şəkər almaq üçün istifadə edirdilər. Bəzən, meyvələrdən əldə etdikləri suyu qaynadaraq doşab hazırlayıb şəkər ehtiyacını qarşılayırdılar. Bu, əsrlər boyu dünyada mövcud olan bir ənənə idi. Bir sözlə, meyvələr, bal, ağcaqayın ağacının şirəsi və doşab insanlara təbii şəkər kimi bədənlərinə tam uyğun və faydalı təsirləri olan qidalardır. Ağcaqayın ağacının şirəsindən slavyan xalqı şəkər əvəzi istifadə edir. Üç ağ zəhəri insan zəhəri çevirir. Məsələn, şəkər qamışı təbii bizə verilir. Onun suyunu sıxıb içsək daha faydalıdır. Ancaq, saflaşdırıb xüsusi kimyəvi maddələr əlavə olunandan sonra onun heç bir faydası qalmır. Bunlar həmişə olub. Sadəcə olaraq, sonralar bu qidaların tərkibinə kimyəvi maddələr qataraq və bir neçə mərhələdən keçirərək qeyri-alternativə çeviriblər. Belə hallar bəşəriyyət üçün böyük zərbədir”.

Qida texnoloqu qəndin əvəzinə istifadə olunan alternativlərin faydasından danışıb: Şəkər qamışı və ya şəkər çuğundurundan alınan kristal şəkərdə saxaroza adlı bir maddə var. Meyvələrdə fruktoza olduğu halda, balda isə həm fruktoza, həm də qlükoza, saxaroza və maltoza var. Bir sözlə, balda bütün şəkərlər təbii olaraq mövcuddur. Bütün şəkərli bitkilər torpaqdan içdikləri su və mineralları fotosintezlə sintez edir və şəkərə çevirir. Məsələn, alma torpaqdan su və minerallar götürür, günəşdən aldıqları şüalarla öz təbii fabriklərində həmdə təbii kimya ilə şəkər istehsal edir. İstehsal etdiyi bu şəkər insanlar üçün mükəmməl bir qida qaynağıdır.

Ağa Salamov qənd istehsalında istifadə olunduğu iddia edilən xalçayuma məntəqələrində istifadə olunan ağardıcı maddəyə də aydınlıq gətirib: “Xalçayumada istifadə olunan ləkə təmizləyicisini qənd istehsalında istifadə olunduğunu ilk dəfə eşidirəm. Ancaq, şəkərin ağardıcı effektə malik olduğu məlumdur. Limonu şəkər tozu ilə qarışdıraraq, üzə vurduqdan sonra, üzü ağartdığnı, daha sonra, şəkərin ağ geyimlərin ağardılmasında istifadə olunduğunu da bilirəm. Ancaq, ola bilər ki, yuyucu tozun tərkibinə də şəkərə qatılan maddələrdən əlavə olunsun. Ancaq bu ehtimal ola bilər”.

Kimyalaşmış qəndləri almaqdan çəkinin! Bu kimi şübhəli malları satışda gördükdə AQTA-nın 1003 qaynar xəttinə zəng edin və məlumat verin!


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93