“Hərəkətə keçmək üçün rus polisinin bizimkiləri çırpıb yerə sərməsi haqda xəbərlər lazım idi?” – İLQAR MƏMMƏDOV

0

“Sərhəddə dünənki gərginlik Azərbaycan dövlət qurumlarının bu iki ayda keyfiyyətli planlama aparmadıqlarını göstərir”

 “Ölkəyə qayıtmaq istəyən, amma Dağıstanın Qullar kəndində aylardır ilişmiş vətəndaşlarımızdan biri düz soruşur ki, özümüzün 600 vətəndaşını 60 gündür ölkəyə qəbul edə bilməyən hökumət işğal altındakı torpaqları necə qaytaracaq və 1 milyon köçkünü ora necə yerləşdirəcək? Sərhəddə dünənki gərginlik Azərbaycan dövlət qurumlarının bu iki ayda keyfiyyətli planlama aparmadıqlarını göstərir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının sədri İlqar Məmmədova məxsusdur.

Məmmədov nəzərə çatdırıb ki, bir həftə əvvəl hətta Azərbaycan hakimiyyətinin dostu olan “Euronews” kanalı bu vəziyyət haqda reportaj yaymışdı: “Heç ona da diqqət etmədilər. Hərəkətə keçmək üçün nə lazım idi? Rus polisinin bizimkiləri çırpıb yerə sərməsi haqda xəbərlər?”

Şamo EMİN, Hurriyyet.org