“Həyat yoldaşım güləndə mən xoşbəxt oluram” – Zelenski

13 Sentyabr, 2019, 11:39
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ukrayna prezidenti Vladimir Zelenski onun üçün xoşbəxtliyin nə olduğunu açıqlayıb.

"Xoşbəxtlik mənim ailəm, həyat yoldaşım üçün nə deməkdir? Həyat yoldaşım burada. O gülümsəyən zaman mən xoşbəxt oluram. Niyə də yox?! Xoşbəxtlik xoşbəxt ailə deməkdir".

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Zelenski Kiyevdə keçirilən Yalta Avropa Strategiyası forumunda "İndi xoşbəxtlik. Böhran vəziyyətində dünyaya yeni yanaşmalar" mövzusunda çıxışında deyib.
“Həyat yoldaşım güləndə mən xoşbəxt oluram” - Zelenski

Zelenski prezident olduğuna görə, özünü xoşbəxt hiss edib-etməməsi barədə sualı cavablandırıb: "Mən prezident olduğum üçün xoşbəxtəmmi? Əmin deyiləm. Ancaq məhz Ukrayna prezidenti olduğum üçün xoşbəxtəm".


Onun sözlərinə görə, indi orta statistik Ukrayna ailəsi xoşbəxt deyil. Çünki ailə üzvlərinin bəziləri Donbassda müharibədə iştirak edir, bəzisi isə pul qazanmaq üçün xaricə üz tutur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93