Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB – VII HİSSƏ

27 İyul, 2019, 13:34
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_vi_hiss)

Qeyd olunduğu kimi, artıq tərəflər arasında mübahisələndirilən hüquq münasibətlərinə dair Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin iş № 2 (006) – 1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra pozulmuş hüquqlarmızın bərpası üçün müraciət etdim. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olaraq hər iki qətnamədən Apelyasiya şikayətinin birləşdirərək baxışı üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının № 2 (103)-2806/2012 saylı, 16 iyul 2012-ci il tarixli qətnamədən maraqlı şəxs olan Musayeva Natəvan Əhəd qızı həmin vaxt qanuni qüvvəyə minmiş iş üzrə olan ilkin çıxarılmış iş №2(006)-1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnaməyə izah verilməsi və icrasına möhlətə dair qanun üzrə 1-ci növbə vərəsə anam Musayeva Natəvan Əhəd qızı tərəfindən işə baxmış Məhkəmə qarşısında “Ərizə vəsatət” lə çıxış edərək məsələ qaldırılmış və onun nəticələrinə dair aşağıdakı Məhkəmə aktları çıxarılmışdır.

1. Həmin qətnaməyə (iş№2(0060-1828/2008 saylı, 28 qvqust 2008-ci il tarixli) izah verilməsi və möhlətə dair "ərizə-vəsatətlə" əlaqədar Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim – sədr, möhtərəm E. Kərimov) iş 8 (006)-777/09 saylı 18 noyabr 2009-cu il tarixli qərardadı ilə "Musayeva Natəvan Əhəd qızının Nəsimi rayon Məhkəməsinin 28 avqust 2008-ci il tarixli, iş № 2 (006)-1828/08 saylı qətnaməsinə izah və qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi rədd edilsin" kimi qərara alınmışdır.

2. Həmin qərardaddan işə baxmış Məhkəmənin özünə verilən şikayət rədd edilmiş və ərizə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın (hakimlər: İ. Dəmirov, İ.İsmayılov və C.Səfiyevadan ibarət tərkibdə) iş №2 (103)-988/2010 saylı, 19 yanvar 2010-cu il tarixli qərardad qəbul olunmuşdur.

3. Qərardadla "hazırki iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2009-cu il tarixli 8 (006)-777/09 saylı qərardadından verilmiş şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın" kimi qərara alınmışdır.

4. Geri qaytarılmış Şikayətə baxan Bakı şəhəri Nəsimi rayon Məhkəməsi (Hakim-sədr, möhtərəm E.Kərimov) iş № 8 (006)-140/2010 saylı 23 fevral 2010-cu il tarixli qərardadla "Nəsimi rayon məhkəməsinin 18 noyabr 2009-cu il tarixli qərardadından ərizəçi Musayeva Natəvan Əhəd qızı tərəfindən verilmiş şikayət təmin edilməsin və şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya məhkəməsinə göndərilsin" kimi qərara alınmışdır.

5. "Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın (hakim-sədr möhtərəm İ.Dəmirov hakimlər İ.İsmayılov və C.Səfiyevadan ibarət tərkibində iş№ 8 (103)- 19/2010 saylı, 17 mart 2010-cu il tarixli Qərardadla "şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 18 noyabr 2009-cu il tarixli 8(006)-777/09 saylı qərardadı və həmin qərardad əsasında çıxarılmış 23 fevral 2010-cu il tarixli 8 (006)-140/2010 saylı qərardadı ləğv edilsin.

Ərizəçi Musayeva Natəvan Əhəd qızının ərizəsinə yenidən baxılması üçün iş materialları

Nəsimi rayon məhkəməsinə qaytarılsın" kimi qərara alınmışdır.

6. İş yenidən baxışa qaytarılmış və mahiyyəti üzrə qətnamə çıxarmış hakimin icraatına verilmiş və onun sədrliyi ilə Nəsimi rayon Məhkəməsinin( hakim sədr möhtərəm Ş.Abdullayev) iş № 8 (00)-140/2010 saylı, 20 may 2010-cu il tarixli məhkəmə iclasının qərardadı ilə "Musayeva Natəvan Əhəd qızının Nəsimi rayon məhkəməsinin 28 avqust 2008-ci il tarixli iş№2 (006)-1828/2008 saylı, qətnaməsinə izah və qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin.

Ərizə "paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması tələbinə dair" iddia ərizəsinin baxılmamış saxlanması və icraatın dayandırılması hissəsində baxılmamış saxlanılsın və ərizəçiyə mövcud vəsatətlə icraatda olan mülki iş üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin" kimi qərara alınmışdır.

7. Həmin qərardaddan onu çıxarmış məhkəmə hakiminə şikayət təqdim olunmuş, Nəsimi rayon Məhkəməsi (hakim – sədr, möhtərəm Ş.Abdullayev) onu təmin etməyərək şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsi MİUMK- nın (hakim – sədr, möhtərəm İ.Dadaşov, hakimlər, S.Məmmədov və A.Abdullayevadan ibarət tərkibdə) iş (103)-71/10 saylı, 17.06.2010-cu il tarixli Qərardadla "Nəsimi rayon Məhkəməsinin 8 (006)140/2010 saylı, 20.05.2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Musayeva Natəvan Əhəd qızının şikayəti təmin edilməsin" kimi baxılaraq qərara alınmışdır.

8. İş üzrə qarşılıqlı iddiaçı ilkin iddia üzrə cavabdeh Musayeva Natəvan Əhəd qızının Kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məcəlləsinin Mülki Kollegiyasına (hakim-sədr, möhtərəm R.Ə.Ağayev, hakimlər İ.Ə.Əliyev və V.Ə.İbayevdən ibarət tərkibdə) verilmiş Kassasiya şikayətinə dair həmin Kollegiyanın iş№ 2 (102)-2614/10 saylı, 16 sentyabr 2010-cu il tarixli qərarı ilə "Musayeva Natəvan Əhəd qızının Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin MİÜMK-nin həmin iş üzrə 17 iyun 2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın" kimi qərara alınmışdır.

İş üzrə iddiaçı Bağırlı Rasim Yusif oğlu yenidən Bakı şəhəri Məsimi rayon Məhkəməsinə başqa bir iddia ərizəsi ilə müraciət edərək "daşınmaz əmlaka hüququn qanunsuz dövlət qeydinin ləğv edilməsi və daşınmaz əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş qaldırmışdır.İşin baxışı zamanı xahiş və vəsatətimiz əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (Hakim – sədr, möhtərəm, S.Qafari) hakiminin iş №2 (006)1434/2010 saylı, Apelyasiya şikayətləri birləşdirilərək birgə baxılan iş 29.03.10-cu tarixdə qeydiyyatdan keçməklə verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Əhalinin Dövlət Reyestri Xidməti və Nəsimi rayon Qeydiyyat İdarəsinin arxivindən, məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici sənədlərin iddiaçı qarşılıqlı iddia iddia üzrə cavabdeh Bağırlı Rasim Yusif oğlunun saxtalaşdırmış olduğu həlledici materiallar və sənədlər aşkar edilmiş və işə əlavə olunmuşdur.Yeni iddia tələblərinin baxışı zamanı məhkəmə sorğusu əsasında müvafıq icra orqanlarının Arxivlərindən (rəsmi təsdiqlənmiş) əldə olunmuş sənədlərin mövcudluğu, ilk dəfə həmin məhkəmənin icraatında eyni tərəflər arasında baxılaraq qəbul olunmuş iş№2 (006)-1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli qətnamə çıxarılarkən aşkarlamadan və baxılmadan hərəkətsiz saxlanmışdır. /doğum şəhadətnamələrinin saxtalaşdırılması, ilkili soyadı və ata adı daşıma, ata adından rəsmi qaydada imtina olunması/Qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi üzrə (28 avqust 2008-ci il tarixli) iddiaçı Bağırlı Rasim Yusif oğlu bu əldə olunmuş sənədləri, həmin vaxt işə baxılarkən və hazırda qaldırdığı iddia ərizəsində işə daxil edərək təqdim etməmiş və beləliklə sənədləri saxtalaşdırma hərəkətlərinin üstü açılmadan gizlin saxlamışdır.

Məhkəmə isə bu sənədlərin mövcud olub – olmamasına diqqət yetirməmiş, əlamətləri görünsə də onun üzərindən sükutla keçərək Qanunvericiliyin tələblərinə zidd və onun pozulması ilə nəticələnən işin , hallarına uyğun olmayan Qətnamə çıxarmaqla qanunsuz və əsassız qiymətləndirmə aparmışdır ki, ondan etdiyim Apelyasiya şikayətlərini Bakı Apelyasiya məhkəməsi MK-da hər üç Qətnamənin Apellyasiya şikayətlkərinin birləşdirilərək birgə baxış zamanı nəzərə alınmadığından onunla da razılaşmaq olmaz.Beləliklə iş üzrə çıxarılmış Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin iş №2 (006)- 1828/2008 saylı, 28 avqust 2008-ci il tarixli eyni əsaslı 1-ci Qətnaməsi mənim qanunla qorunan hüquq və maraqlarımı pozduğundan Apelyasiya şikayətinin verilməsini qarşıya qoyurdu. Konstitusiya uyğunluğunun yoxlanılması irəli sürülən Ali Məhkəmə MK-nın iş№2(102)-3659/2014 saylı, 20 noyabr 2014-cü il tarixli qərar və ona uyğun Bakı Apelyasiya məhkəməsi MK-nın iş №2 (103)-880/2014 saylı, 17 aprel 2014-cü il tarixli Qətnamədə üç eyni əsaslı mülki iş üzrə birləşdirilərək çıxarılmış Qətnamələrin Apeliyasiya şikayətlərinin birləşdirilməsinə dair baxış üzrə qəbul etdiyi Qətnamədə ilkin iddia tələblərinin təmin olunmasına dair gəlinən nəticə və qiyətləndirmə Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarında konstitusiya prinsiplərinə zidd hüquqtətbiqetmə ilə gəlinən nəticəni tamamilə qanunsuz və əsasız hesab edirik.Azərbaycan Respublikası “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunu 112-ci maddəsində Maddə 112. Hakimlərinin intizam məsuliyətinə cəlb edilməsi qaydası – göstərir ki, "Fiziki və hüquqi şəxslər hakimlər tərəfindən bu Qanunun 111.1. maddəsinin 6-cı abzasında hakimlər müəyyən edilmiş intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar olduqda Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər” norması müəyyən edilmişdir. Bu baxımdan yuxarıda qeyd edərək xatırladığımız hüquq tətbiqetmə imkanlarının təsir dairəsini bir daha göstərilməsini qarşıya qoyur:“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV-hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər.Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyədə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipin mühüm əhəmiyyət kəsb edir.Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrıseçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər.Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfıindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93