Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XII HİSSƏ

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - XII HİSSƏ

Mərhum Vahid Musayevin həyat yoldaşı bu işdə “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham edir

Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_xi_hiss)

İkincisi: işin hallarındabn göründüyü kimi, bundan əvvəl 2-ci kassasiya şikayəti üzrə Ali Məhkəmə Mülki Kollegiyasının 15 mart 2017-ci il tarixli (iş №2(102)-902/17 saylı) Qərarı ilə ləğv edilərək yenidən 3-cü Apellyasiya baxışına qaytarıldığından Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Ali kollegiya tərəfindən yenidən apaellyasiya baxışı zamanı məcburi və çox saylı nəzərə alınmalı göstəriş və nöqsanlar qeyd edilsədə onların baxış iclaslarında araşdırılmasınının aparılmaması səbəbindən demək olar ki, 95%-i protokollarda qeydiyyatın aparılması öz əksini tapmır və onlara dair qeyd tərtibi yoxdur:

Qeydiyyat aparılaraq tərtibə daxil edilənlər isə həqiqətə uyğun deyil və təhrif olunaraq yanlış göstərilmişdir.

Üçüncüsü: Mübahisə predmeti barədə Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun Qərar üzrə şərhi və analoji işlər üzrə Qərarların şərhinin məcburiliyi barədə baxış üzrə iclaslarda səsləndirdiklərimizin heç bir cümlə ifadəsi qərəzlilik səbəbindən Qətnamə və Qərardadda əlaqəli şərh və tərtib zamanı qeydiyyatı aparılmadan kənarda saxlanılmışdır.

Dördüncüsü: Tərəfimizdən eyni əsas və eyni tərəflər arasında mülki məhkəmə icraatında baxılaraq çıxarılmış və qanuni qüvvədə olan Qətnamələrə dair gətirdiyimiz dəlillərin “canlandırılması” aktlarda və eləcədə məhkəmə iclas protokollarının tərtibində qərəzlilik üzündən ora daxil edilməmişdir.

Beşinci: İş üzrə birinci instansiya və təkrar olaraq Apellyasiya şikayətlərinin baxışları zamanı (I-II-III Apellyasiya baxış iclasları zamanı) və eləcədə Ali Məhkəmə MK-nin Azərbaycan Respublikası MPM-nin 420-ci maddəyə uyğun məcburi göstərişlərində göstərdiyi qanun pzountuları əsasında nəzərə alınması məcburi tələb edilən “Ərizə-Vəsatət”lərin beşdən çox/ müzakirəsinin keçirilməsinin formal xarakter daşıması və onun nəzərə alınmaması epizodları üzrə məhkəmə kollegiyasının 06 oktyabr 2017-ci il tarixli iclasında şifahi araşdırmada onun qarşısında gətirdiklərimiz dəlillər aktlarda və protokolda öz əksini tapmır və qərəzli səbəbdən o orada göstərilməmişdir.

Altıncı: Bizim işlə və protokolalrla tanış olmağa dair qeydlər aparmağa dair 10.10.2017-ci il tarixdə verdiyimiz ərizənin və onun məhkəmə kollegiyası tərəfindən 20.11.2017-ci il tarixdə icra edilərək şərait yaradılması 7 cildlik işin bütün vərəqələrini nəzərdən keçirərkən, elə VII cildin 272-ci vərəqində 06 oktyabr 2017-ci il tarixli (iş №2(103)-5791/2017 saylı) “Qarşılıqlı iddiaçıların iddia tələbinin ərizəsinin qəbulundan imtina edilsin” kimi qəbul etdiyi “Qəraradad” işə daxil olunaraq qoşulmasının qeyd edildiyi kimi ilk dəfə şahidi olduq.

Bu “Qəraradadın” (06 oktyabr 2017-ci il tarixli) mövcudluğunu həmin tarixdə, yəni 06 oktyabr 2017-ci il tarixdə işi yarımçıq yekunlaşdıraraq, 3-cü Apellyasiya şikayəti baxışına dair Məhkəmə Kolelgiyasının qəbul etdiyi “Qətnamənin” ilk dəfə ərizə verib poçt vasitəsi ilə 17.11.2017-ci il tarixdə alıb onunla tanış olduqda xəbər tutduq. Biz 3-cü Apellyasiya şikayət üzrə bütün baxış iclaslarında iştirak etmiş tərəf kimi məhkəmə zalında olsaqda belə bir elan görmədik. Elə sonuncu yarımçıq keçirilən 06 oktyabr 2017-ci il tarixli, 15:30-dakı baxışında da Qətnamənin elan olunduğu zaman da orada olmuşuq. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyasının (hakim-sədr, möhtərəm E.Həsənov və hakimlər X.Mərdanova və İ.Vəliyevdən ibarət tərkibdə) belə bir “Ərizəyə” baxılaraq, mülki işə daxil olunan “Qərardadın” çıxarıldığını və elan edildiyinin şahidi olmamışıq.

Bu barədə Məhkəmə kolelgiyası tərəfindən baxış iclaslarında-onun müzakirəsinə dair heç bir protokol qeydi də tərtib olunaraq aparılmamışdır.

Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası ümutmuşdur ki, bu ərizənin işə daxil edilməsi ilk dəfə 1-ci Apellyasiya baxış zamanı 19.10.2015-ci ildə Bakı Apellyasiya məhkəmə sorğusu ilə aşkar olunduğundan həmin vaxt və 2-ci apellyasiya şikayəti baxış iclaslarında “Qarşılıqlı iddia tələblərinin içərisində cəm halında” verildiyi səbəbindən baxılmadan kənarda saxlanma halı kimi müəyyən etmə qənaətinə gəldilər. Həmin vaxtdan hazırki dövrədək 3 ildən çox müddətin ötməsindən sonra belə bir “Ərizəyə” yenidən baxılaraq onun geri qaytarılması Azərbaycan Respublikası MPM-nin 53, 155, 156, 149, 150, 151 və 375.5-ci, 263-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması özbaşınalıq, qulluq mövqeyindən sui-istifadə hərəkətləri kimi yazılaraq işə daxil edilmişdir ki, bu da məhkəmə kolelgiyasının analoqu olmayan səhvi kimi hüquqi əsası olmayan şərh kimi qiymətləndirilməlidir.

Bütün bunlar barədə 3-cü Apellyasiya şikayəti baxış iclaslarının 4 (dörd) sayda formal tərtib olunan protokollarda heç bir baxış qeydiyyatı mövcud deyildir və ona görə də çıxarılmış Qətnamə və Qərardadın hüquqi əsasları uydurma dəlillər üzərində qurulmuşdur.

Yeddincisi: Birinci instansiya Bakı şəhəri Yasamal rayon Məhkəməsində “Qarşıqlıqlı iddia ərizəsində iddia tələbinin şərhi və mətni üzrə və ona əlavə qoşmada siyahıda adı hallandırılaraq işlə birbaşa əlaqəsi olan sənəd və sübutlar barədə iclasda gətirdiyimiz dəlillər və Apellyasiya şikayətində müraciət olunaraq xatırladılan halların heç biri 3-cü Apellyasiya şikayəti baxışındakı aparılan araşdırma və ona uyğun qəbul edilən aktlardakı məzmun şərhi üzrə və buna dair protokolda qeydiyyatı aparılmadan ondan kənarda saxlanmışdır.

Səkkizinci: Bakı Apellyasiya Məhkəməsi Mülki Kolelgiyası tərəfindən yol verilmiş kobud qanun pozuntularının sonu onunla nəticələnmişdir ki, analoqu olmayan 3-cü Apellyasya şikayəti baxışı üzrə 06 oktyabr 2017-ci il tarixli, i. №2(103)-5791/2017 saylı mahiyyət üzrə “Qətnamə” və “Qarşılqılı iddia tələbinin həcminin artırılmasına dair Ərizə-Vəsatətin qəbulundan imtina olunması barədə” “Qərardad” qəbul edilməsi kollegiya iclasında baş verən əsil reallıqları, məzmunu, hüquqtətbiqetmə şərhi və onun qiymətləndirilməsi iş üzrə tərtib olunmuş protokollara uyğun deyil, öz-özlüyündə ziddiyyət təşkil edir və haradasa bu iclaslarda yox, uzaq bir məkanda heç kimin iştirakı olmadan özbaşınalıqla qulluqdan sui-istifadə yolu ilə öz maraqlarını qərəzli təmin etməkdən ötəri bilə-bilə yalan Qəraralr çıxarmaq naminə bu hərəkətləri qanunsuz və əsasız şəkildə icra edərək yanlış şərh və tərtibinə üstünlük vermişlər.

Doqquzuncu: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş2(004)-145/15 saylı, 15 aprel 2015-ci il tarixli Qətnamənin 3-cü Apellyasiya şikayəti üzrə baxış iclasının protokolunda; “Qaqrşılıqlı iddia tələblərinin tərkibində etibarsız hesab olunaraq ləğvi irəli sürülən “Memar-3” MTK-nin səlahiyyətiz sədri / “Memar-3” MTK-i 2003-cü ildən sonra hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçməmişdir./ Rəhimova Aidə Məmmədsadiq qızı tərəfindən heç bir ümumi yığıncaq keçirmədən, qulluq mövqeyindən sui-istifadə yolu ilə 09 iyul 2009-cü il tarixdə tərtib olunmuş, 3 ədəd müxtəlif imzalarla qeyd edilərək, Musayev Vahid İsa oğlunun kooperativdən azad edilməsi, Məmmədov Tofiq Yaqub olunun MTK-ya üzv qəbul dilməsi barədə mövcud olmayan protokoldan saxta çıxarışların tərəflər arasında eyni əsas və mübahisəyə dair (“Memar-3” MTK-da 37 saylı mənzilə dair) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş №2(004)-1037/08 saylı, 23 sentyabr 2008-ci il tarixli Qətnaməsnin (Bu məhkəmə aktları sonra Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumlarının Qərarları ilə ləğv olunaraq qüvvədən düşmüş sayılaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında yenidən baxılaraq ləğv edilərək qüvvədən düşmüş və “Memar-3” MTK-nin və 3-cü şəxsin iddia tələbləri ləğv olunaraq rədd edilmişdir.) İcrası barədə məhkəmə tərəfindən (hakim-sədr, möhtərəm X.Tağıyev) iş №2(004)-1037/08 saylı, 10.03.09 tarixli, (icra şöbəsinə daxil olma: №1842, 31.03.2009-cui l tarixli qeydiyyatla) verilmiş icra vərəqinin 31 mart 2009-cu ildə, icra məmuru cənab A.Yahyazadə tərəfindən icraata başlamaq haqında Qərarının həmin vaxt və sonrakı dövrdə icra edilmədiyi və saxta tərtib olunmuş (mövcud olmayan) 3 ədəd protokoldan çıxarışlarda bu sənədlərə istinad olunması barədə Məhkəmə kollegiyasının 06 oktyabr 2017-ci il tarixli iclaslarda gətirdiyimiz dəlillərin heç bir elementi qəbul olunan aktlardakı şərhində ona uyğun protokolda aparılan qeydlərdə və onun tərtibi zamanı öz əksini tapmamışdır.

Qərəzlilik səbəbindən işlə birbaşa bağlı olan hallar və edilmiş hərəkətlər kənar edilərək boşluqda saxlanılmışdır. Halbuki, bu xüsusatlar Apellyasiya şikayətində də göstərilərək tərəfimizdən irəli sürülmüşdür.

Həmin icra işi (31.03.2009-cu il tarixli, №1842-ci, iş №2(004)-1037/08 saylı, 23.09.2008-ci il tarixli icra vərəqi) hazırki mülki işin 1-ci cildinin 123-cü səhifsində “Qarşılıqlı iddia əriszəsinin Qoşmasında kompüter sıra yazısı ilə 24-cü yrdə ardıcıllıqla göstərilərək ona əlavə olunmuş, və mülki işin 1-cild 123-213-cü və III cildlərində yrləşdirilərək işə tikilmişdir.

/Bakı şəhəri Yasamal rayon Məhkəməsi: 1842№-li icra işi., 31.03.2009-cu il tarixli rəis: Z.Abdullayev

İcra məmuru: A.Yahyazadə/”.

Onuncu: Məhkəmə Kollegiyasının 06 oktyabr 2017-ci il tarixli iclas protokolunda (iş №VII cild, səh 266-da)

Bakı şəhəri, 12 saylı Notariat Kontorunun, ilkin iddiaçı Məmmədov Elxan Məmməd oğlunun və Azərbaycan Respublikası Əmlak Komitəsi DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi fikrinin soruşulmasında əsası olmayan qeydin aparılması ilə yanlışlığa yol verilmişdir.

Protokolda qeyd edilir ki, guya “Musayeva Natəvan Əhəd qızı və onun hüquqşünası Səmədov Rəhman Bəykişi oğlu (nümayəndə) bunun məhkəmə kollegiyasının mülahizəsinə buraxılmasını bildirmişik.”

İclasda əslində isə biz prosesin tərəfi olan həmin şəxslərin iclasda iştirakının təmin olunmasını və onların iştirakı ilə iclasın aparılmasını irəli sürmüşük.

Tərtib olunmuş protokolda belə bir yanlışlığa yol verilməsi məqsədli hərəkət kimi edildiyindən bu yenidən baxılaraq, protokol qeydində düzəldilməli olduğunu irəli sürmüşük.

On birinci: Məhkəmə kollegiyasının 06 oktyabr 2017-ci il tarixli iclasında baxış zamanı biz bildirdik ki, .....“Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair' şikayətin Konstitusiya Məhkəməsi plenumunun 21 iyun 2010-cu il tarixli iclasında baxılaraq şikayət təmin edilmiş və prosessual qanunvericiliyə uyğun baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Həmin iş Ali Məhkəmənin plenumunda baxılaraq şikayətin təmin edilməsinə dair qərar qəbul edilmişdir. Həmin iş Bakı Apellyasiya məhkəməsi Mülki Kollegiyasında baxılaraq şikayətin qismən təmin edilməsinə dair Qətnamə çıxarılmış və Kassasiya şikayəti üzrə Ali Məhkəmənin qərarı qəbul edilmişdir.

Bu işlə əlaqədar ilkin olaraq Konstitusiya Məhkəməsinin plenumunda 21 iyun 2010-cu il tarixli iclasında çıxış etmiş tərəflərin və verilmiş sualların cavablandırılması ilə əlaqədar həmin Plenumunun iclasının protokolları ilə tanış olaraq, iştirakçı şəxslərin çıxışlarına dair qeydlər aparmış və həmin Qeydləri “ilkin Apellyasiya şikayətinə əlavə” hazırlayaraq 05.10.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qəbul şöbəsində 05.10.2017-ci ildə qeydiyyatdan keçirərək vermişik. Həmin sənəd mülki işin VII cildinin 258-ci səhifəsinə də əlavə olunaraq yerləşdirilmişdir. /səh:258/-259-260-261-263.,/

Məhkəmə kollegiyasının 06 oktyabr 2017-ci il tarixli 3-cü Apellyasiya şikayəti baxış iclasında, bizim tərəfimizdən, mahiyyətcə birbaşa əlaqəsi olan hal və hərəkətlərin nəql olunmasına baxmayaraq qərəzlilik səbəbindən protokol tərtibində bütün bunların qeydiyyatı aparılmadan kənarda saxlanmış və öz həqiqi hüquqi qiymətini almamışdır. Hesab edirik ki, tərəfimizdən təqdim olunan bu qeydlərdə yenidən baxılaraq onun düzəldilməsi reallaşdırılmalı və pozulmuş halların düzəldilməsi ir\əıli sürülsədə o yerinə yetirilməmişdir.

On ikinci: Bakı Apellyaisya Məhkəməsi Mülki kollegiyasının 3-cü Apellyasiya şikayəti üzrə baxış iclasında, 06 oktyabr 2017-ci il tarixdə aparılan araşdırma zamanı heç bir vaxt müzakirə olunmayan hal və hərəkətlər məqsədli və planlı şəkildə nəql olunaraq və sadalanaraq tərtib zamanı əsassız qeydiyyatı aparılmışdır.

Bu aşağıdakılardan ibraətdir:

Bu əsassız qeydlər mülki işin VII cild: səh.270-də göstərilir.

Sədrlik edənin s/c:

Həmin göstərilən sual-cavablar məhkəmə zalında araşdırma predmeti olmamışdır:

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA