Salam, xoş gəlmisiniz.

Heydər Əsədov deputat olmaq iddiasından DANIŞDI

2019-07-20 10:24:09

Heydər Əsədov deputat olmaq iddiasından DANIŞDI

Dünən ölkə KİV-ləri sabiq nazirlərdən bəzilərinin Milli Məclisə növbəti seçkilərdə deputatlığa namizəd olacaqları barədə məlumat yayıb. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da deputat olmaq iddiasına düşdüyü bildirilib.

Hurriyyet.org xəbər verir ki, Heydər Əsədov isə reyting.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu deyib:

"Mən, seçkilərin nə vaxt olacağını heç bilmirəm. Bu barədə ilk dəfə sizdən eşidirəm. Axı, indi parlament seçkiləri keçirilmir ki, mən də bu seçkilərdə iştirak etmək barədə düşünüm. Axı, seçki yoxdur ki, mənim də fikrim ya ola, ya olmaya...”.

H. Əsədov bu məlumatın harada və kimlər tərəfindən yayılmasından da xəbərsiz olduğunu bildirib: “Ay qardaş, mən bunu səndən eşidirəm. Şayiələrdir, belə söhbətlərə inanmayın".


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru