Hindistanda sel onlarla insanın ölümünə səbəb oldu

6

Hurriyyet.org xəbər verir ki, Hindistanda çərşənbə günündən başlayan leysan yağışlar üzündən baş vermiş sel fəlakəti nəticəsində iki əyalətdə ümumilikdə 60 insan həlak olub.

Teleqana əyalətində 50, Maharaştra əyalətində isə 10 nəfər selin qurbanı olub. Bununla yanaşı, düyü və pambıq kimi məhsullar, ümumilikdə ərzaq ehtiyatı böyük zərər çəkib.