Hindistanda “Quran” kitablarını yandırırlar – Video

5

Hindistanda dini zəmində qarşıdurmalar müsəlmanlara böyük zərər vurub. Xeyli insan evini itirib.

Almaniyanın “Deutsche Welle” telekanalı münaqişələrin baş verdiyi Dehlidən reportaj hazırlayıb. Müsəlmanlara tribuna verilib.

Nurcahan adlı qadın deyir ki, evdən 5 dəqiqə gec çıxsaydılar, öldürüləcəkdilər: “Bir qəpiyimiz də qalmadı. Hər şeyi əlimizdən aldılar. Halbuki heç kimə zərər vurmamışdıq”.

Məhəmməd Bavar aciz vəziyyətdə olduqlarını söyləyir: “Əlimizdən heç nə gəlmir. Polisə nə qədər zəng vursaq da, köməyə gəlmirlər. Deyin, indi mən neyləyim?”

“Deutsche Welle”nin kadrlarında “Quran” kitablarının yandırılması, məscidlərin dağıdılması görünür. Hökumət vəziyyətə nəzarət etdiyini bildirir. Bir az sakitlik yaranıb, amma insanlar qorxu içindədir. Polis yüzlərlə insanın saxlanıldığını bildirir. \\Bizimyol.info 

 

DW Türkçe@dw_turkce

"Her şeyimizi aldılar. Kimseye zarar vermemiştik."

Hindistan'da tartışmalı vatandaşlık yasası nedeniyle yaşanan saldırılar kontrol altına alınsa da Müslümanlar korku içinde

Embedded video