Salam, xoş gəlmisiniz.

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

2018-01-10 11:05:26

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat etdi

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.

Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb.

1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub. /apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru