“Hökumət manatın cüzi ucuzlaşdırılmasına gedə bilər” – Ekspert RƏYİ

17

ABŞ prezidenti Donald Trampın seçkiöncəsi koronavirusa yoluxması dollara təzyiqi artırıb. Maraqlısı isə bu proseslər fonunda digər ölkələrin milli valyutalarının qarşılıqlı olaraq dəyərdən düşməsidir. Xüsusən, Azərbaycanın qonşuğulunda yerləşən Gürcüstan, Rusiya, Ermənistan və Türkiyədə milli valyutalar ABŞ dolları qarşısında dəyər itirb.

Bunun səbəblərilə bağlı Modern.az-ın suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.

“İxracatçılar milli valyutalarının möhkəmlənməməsində maraqlıdırlar”

Ekspert qeyd edib ki, hazırda hər bir ölkə, əsasən də ixracatçılar milli valyutalarının möhkəmlənməməsinə çalışırlar:

“Çünki valyutaları möhkəmləndikcə rəqiblər qarşısında üstünlüklərini itirirlər. Ona görə də ABŞ-ın Federal Rezerv Sisteminin rəhbərliyi bütün açıqlamlarında dolların dəyişməməsi üçün əlindən gələn təzyiqi edir. Amerika birjalarına daha çox dəstək göstərəcəyini, daha çox nikbinlik saxlayacağını söyləyir.

Eyni şeyi Avropa Mərkəzi Bankının rəhbərliyi də edir. Çin qarşısında rəqabətə davam gətirmək üçün valyutanı bilərəkdən dəyərdən salaraq  ixracatda üstünlük qazanmaq istədiyini görürürk. Onlar Avropa və Amerikada öz valyutaları ilə bağlı təşviqedici addımlar ataraq, valyutalarının daha çox möhkəmlənməsinə və bahalşamasında maraqlı deyillər”.

Ermənistan dramının “dram”ı…

N.Cəfərlinin sözlərinə görə, bu isə bu günə qədər dünyada nadir görünən situasiya yaradıb:

“Bütün əsas ölkələr bir-birilə valyuta müharibələri apararaq, öz milli valyutalarının dəyərdən düşməsi üçün müəyyən addımlar atırlar. Bura Brexit məsələsi də qarışır. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı saziş imzalamaqda çətinlik çəkirlər. Çox güman ki, anlaşmasız Brexit olacaq. Bu da avronun və funt sterlinqin dəyərinə də ciddi təsir göstərən amilə çevirilməkdədir. Dünyada gedən proseslər bununla bağlıdır. Asılı olan ölkələrdə milli valyutaların dəyərdən düşməsi həm də neft amili ilə bağldır. Son vaxtlar rublun kəskin dəyərdən düşməsinə həm neft amili, həm də Rusiyaya qarşı geniş sanksiayalın tətbiqi də təsir edir. Bunların fonunda Ermənistanda milli valyutanın dəyərdən düşməsi həm dünyada gedən proseslərlə, həm  də rus rublu ilə əlaqədardır. Çünki Ermənistan iqtisadiyyatının Rusiya iqtisadiyyatı ilə həddindən artıq bağlıdır. Dramın rus rubluna bu bağlılğı işğalçı ölkənin mili valyutasının dəyərdən düşməsinə və ciddi inflayasiya prosesənə gətirib çıxarır.

Bunun üzərinə iqtisadiyyatı Azərbaycandan qat-qat aşağı olan Ermənistanın işğalçılıq siyasətini də gətirəndə ortaya acınacaqlı bir mənzərə çıxır. Müharibədə ağır məğlubiyyətə düçar olan işğalçıların milli valyutası olan dramın hər gün bir az daha dəyərdən düşməsinin şahidi oluruq”.

Manatın taleyi Mərkəzi Bankdan asılıdır

Azərbaycan manatına gəldikdə, iqtisadçı qeyd edib ki, milli valyuta hər zaman olduğu kimi Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənir:

“Manatın “üzən məzənnə” rejimindən ümumiyyətlə danışmağa dəyməz. Baxmayaraq ki, bu, rəsmi olaraq bəyan edilib. Ona görə də manatın taleyi hökumətin verəcəyi qərardan asılı olacaq. Neftin qiymətinin aşağı düşməsi, Azərbaycan iqtisadiyyatında pandemiyadan doğan çətinliklər, ümumdaxili məhsulun azalmasına səbəb olur. Məntiqlə bu ilin sonunda Mərkəzi Bank və hökumət milli valyutamızla bağlı qərar verməlidir. Çünki ətraf ölkələr – Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstanda belə milli valyutalar dəyərdən düşdükcə, həmin ölkələrdə idxal stimullaşır. Yəni ölkəyə oradan gətirilən məhsulların həcmi və çeşidi artır. Çeşid və tələbat artdıqca, Azərbaycanda valyutaya da  tələbat artır. Çünki xaricdən mal gətirmək daha asan və ucuz başa gəlir və getdikcə sərfəli olur.

Faktiki olaraq qonşu ölkələrin istehsalçılarının sponsoruna çevirilirik. Ona görə də hökumət və Mərkəzi Bank yerli istehsalı dəstəkləmək məqsədilə qərar verməlidir. Bu səbədən də milli valyutanın az da olsa dəyərdən düşməsilə bağlı qərar verilə bilər. Bu həm Azərbaycanın valyuta ehtiyatlarının qorunmasına, dollara müəyyən qədər qənaət edilməsinə imkan yaradar, həm də yerli istehsalın artırılması üçün müəyyən stimullaşdırıcı addımlara təkan verə bilər. Nə qədər ki, qonşu ölkələrdə milli valyuta dəyərdən düşüb, yerli istehsalın artırılması mümkün deyil. Çünki idxal daha sərfəlidir”.

Qələbədən sonra manatın taleyilə bağlı qərar gözlənilir

N.Cəfərlinin sözlərinə görə, hazırkı müharibə şəraitində hökumətin manatla bağlı hansısa qərar verməsi gözlənilmir:

“Çox güman ki, müharibə şanlı ordumuzun qalibiyyətilə yekunlaşdıqdan sonra hökumət manatın cüzi ucuzlaşdırılmasına gedə bilər. Bu ehtimal kifayət qədər yüksəkdir. Çünki ilin sonunda 2021-ci ilin büdcəsi müəyyənləşəcək. Büdcənin müəyyənləşməsində yeni  məzənnə siyasətilə büdcənin formalaşdırılması daha məntiqli olardı. Ona görə də ilin sonunda manatın məzənnəsilə bağlı inzibati qərar verilməsi gözlənilir”.