“Hökumətlər öz gücünə bu virusdan xilas ola bilməyəcək” – BMT-nin Azərbaycandakı nümayəndəsi

0

“Hazırkı pandemiyanın yaratdığı təhdid uzun müddət dünyanın üzləşmədiyi təhlükədir”. 

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Q.İshaqzai deyib ki, pandemiya insanların həm sosial, həm iqtisadi həyatına ciddi təsir edir:

“Pandemiya insanların fəaliyyətlərinə hərtərəfli mənfi təsir göstərməkdədir. Virus sərhədləri aşır, zəif-güclü, gənc-yaşlı tanımır, onların hər birinin səhhərini təhdid edir”.

O qeyd edib ki, pandemiya insanlar arasında qlobal səviyyədə əməkdaşlıq və tərəfdaşlıq tələb edir:

“Hökumətlər öz gücünə bu virusdan xilas ola bilməyəcək. Ona görə də vətəndaş olaraq əl-ələ verib, həmrəylik nümayiş etdirərək, bu pandemiyaya qalib gəlməliyik. Hər birimiz kiçik addımlarla pandemiyaya qalib gəlməkdə töhvə verə bilərik.

Biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq”.