“Hökumət öz vətəndaşına qiymət vermirsə, başqa dövlət nədən bizim vətəndaşa hörmət etməlidir?!” – NATİQ CƏFƏRLİ

2

“Onlarla Hollywood filmləri var ki, ABŞ öz vətəndaşını (vətəndaşlarını) xilas etmək üçün əməliyyatlar keçirir, az qala Dünya savaşı çıxarır, amma sonda hər bir amerikalını öz vətəninə geri qaytarmağı bacarır. Bu filmlər şüuraltı mesaj verir ki, ABŞ vətəndaşı özünü güvəndə hiss etsin, dünyaya da mesaj verir ki, mənim vətəndaşım toxunulmazdır, kim cürət edib onlara qarşı bir neqativ addım atsa, bunun bədəlini ödəyəcək”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Hökümət ucuz PR üçün sino gedir”

Cəfərli qeyd edib ki, Azərbaycan vətəndaşı zülmlə özü sərhəddə qədər gəlib, öz vətəninə keçmək istəyir, sayları da çox deyil:  “Nə mane olur ki, hökumət bu prosesi normal təşkil etsin?! Hökumət öz vətəndaşına qiymət vermirsə, başqa dövlət nədən bizim vətəndaşa hörmət etməlidir?! Hökümət ucuz PR üçün sino gedir, heç olmasa özünü PR etmək üçün pozitiv addım ata bilərdi. Nə isə, ağır dərddir ”.

Şamo EMİN, Hurriyyet.org