Hollandiya Tehrandakı səfirini GERİ ÇAĞIRACAQ

5 Mart, 2019, 7:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Hollandiyanın Xarici İşlər Nazirliyi İran hökumətinin hollandiyalı dilomatları qovmasından sonra Tehrandakı səfirlərini geri çağıracaqlarını bildirib.

“Tvitter”dəki hesabından açıqlama verən xarici işlər naziri Stef Blok yazıb: “Məşvərətlərdən sonra Tehrandakı səfirimizi geri çağırmağı qərar aldıq. Qərar Hollandiya səfirliyinin iki nəfər əməkdaşının İran tərəfindən ölkədən çıxarılmasından sonra verilib. Bu, qəbuledilməzdir”.

Blok məsələ ilə bağlı Nümayəndələr Məclisinə məlumat verib.

Açıqlamada İran səfirinin dərhal Xarici İşlər Nazirliyinə çağrılaraq, hollaniyalı diplomatların qovulmasının qəbuledilməz olduğunun ona bildirildiyi də qeyd edilib.

İki nəfər əməkdaşın ailəsini qoyub dünən dərhal Hollandiyaya getmələri ölkədə qarşılanıb.

2018-ci ildə Hollandiya, 2019-cu ildə İran

2018-ci ilin iyul ayında Hollandiyanın kəşfiyyat xidməti (AIVD), İran səfirliyində işləyən iki nəfərin ölkədən qovulduğunu bəyan eləmişdi. Bu hadisədən sonra Tehran hökuməti Hollandiyaya sərt etirazını bildirmişdi. Ötən günlərdə isə İrandakı Hollandiya səfirliyində işləyən iki nəfər Tehran hökumətinin əmri ilə ölkədən çıxarıldı.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93