Salam, xoş gəlmisiniz.

HONQ-KONQ ÇİNƏ QARŞI: “İNGİLTƏRƏ, BİZİ XİLAS ET”

2019-09-16 13:15:04

HONQ-KONQ ÇİNƏ QARŞI: “İNGİLTƏRƏ, BİZİ XİLAS ET”

Hurriyyet.org xəbər verir ki, Britaniyanın keçmiş müstəmləkəsi, hazırda isə Çin Xalq Respublikasının xüsusi statuslu bölgəsi olan Honq Konqda həftələrlə davam edən ABŞ-İngiltərə dəstəkli nümayişlər tərəflərin bayraq müharibəsinə çevrilib. ABŞ-ın müdaxiləsini istəyən qrup Amerika bayrağını, onlara qarşı çıxanlar isə Çin bayrağını qaldırıblar. Çinə qarşı çıxış edənlər isə dünən “Tanrı kraliçanı qorusun”, “İngiltərə, Honq Konqu xilas et” şüarları səsləndiriblər.

Etirazçıların bəziləri İngiltərə konsulluğunun qarşısında çıxış ediblər. Yüzlərlə nümayişçi İngiltərənin 1997-ci ildə idarəçiliyi təhvil verilərkən qəbul edilən hüquqlarının qorunması üçün Çinə təzyiq göstərməsini tələb edib. Ötən həftə isə Honq Konqdakı ABŞ konsulluğuna yürüş edən minlərlə etirazçı “Honq Konqu azadlığına qovuşdur” çağırışı edərək, ABŞ prezidenti Donald Trampdan yardım istəmişdi.

Honq Konq —Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsidir. İngiltərə XVII əsrdə bu bölgəni ələ keçirmiş, 1997-ci il iyulun 1-də burada hakimiyyəti Çin Xalq Respublikasına təhvil vermişdir. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir.

Coğrafi baxımdan əlverişli mövqedə yerləşdiyi üçün Honkonq 1841-ci ildə ingilislər tərəfindən işğal edilmişdi. Yalnız 1997-ci ildə ingilislər ada üzərində Çinin suverenliyini bərpa etməsinə razılıq veriblər. Ancaq Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə kimi Honkonq xüsusi idarəetmə ərazisi kimi qalmaqda davam edəcək. Çin adanın daxili işlərinə müdaxilə etməyəcək. “Bir ölkə, iki sistem” kursu çərçivəsində Çin yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edəcək. Buna paralel olaraq, Honkonq qanunvericilik (parlament), polis gücləri, milli pulu, vergilər, immiqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyub saxlaya bilib. Bundan əlavə, Honkonq beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır, BMT səviyyəsində keçirilən bütün tədbirlərdə müstəqil dövlət (xüsusi idarəetmə ərazisi statusu çərçivəsində) kimi iştirak edir.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru