Hovuzdan çıxıb jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ

6 İyul, 2020, 14:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” otelində istirahət edən zaman jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, İ. Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İ. Babayev məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Bakı şəhər Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, İsmayıl Babayev ötən gün “Fairmont Baku” otelində keçirilən əməliyytdan sonra özünün “instagram”ında jurnalistləri təhqir edib.

“Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”, – deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirib.

Qeyd edək ki, İ. Babayev iş adamı Fətulla Babayevin oğludur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93