Sabirabad sakini qonşusunu güllələdi

1

İyulun 13-də Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirib və ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.