Hulusi Akar: “Azərbaycan torpaqlarının işğalına 30 il susanlar…”

12

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan ilə Ermənistan arasındakı döyüşlərlə bağlı deyib: “Bilinməlidir ki, işğalçı Ermənistanın Tovuz rayonundan sonra mülki yaşayış yerlərinə hücum eləmək cəsarəti və özbaşınalığı səbr kasasını daşıran son damla olub”.

Hulusi Akar deyib: “30 ildir ki, Azərbaycanın öz torpaqlarının işğal edilməsinə susanların atəşkəs çağırışı etmək əvəzinə, işğalçı Ermənistanın Qarabağı tərk eləməsini təmin eləmələri düzgün və haqlı addım olar”.