Salam, xoş gəlmisiniz.

Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO

2019-09-13 16:45:49

Hüquq müdafiəçisi Şeyxin qudasından Əli Əhmədova ŞİKAYƏT ETDİ - VİDEO

Hüquq müdafiəçisi Novella Cəfəroğlu sabiq deputat Hacı Qalib Salahzadə ilə bağlı Baş nazirin müavini Əli Əhmədova şikayət edib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, 11 sentyabrda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masada N.Cəfəroğlu bildirib ki, QMİ sədri olan Qalib Salahzadə vətəndaşların Bilgəhdəki torpaqlarını əlindən alaraq orada qaraj tikdirib:

"Məmurların özbaşınalığı hakimiyyətə inamsızlığa gətirib çıxarır. 28 nəfər ərizə yazıb, gətirib ki, Şeyxülislam Allahşükür Paşazadənin qudası torpaqlarımızı əlimizdən alıb. Vətəndaşların əllərində məhkəmə qərarı var ki, torpaqları geri qaytarılsın. Bu addımlar hamısı birbaşa prezidentə qarşı yönəlib. Prezidentin gördüyü yaxşı işləri bu cür məmurlar sıfıra endirir".


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru