Salam, xoş gəlmisiniz.

Hüseynbala Mirələmovun seçildiyi dairənin də nəticələri ləğv olundu

2020-02-13 17:35:00

Hüseynbala Mirələmovun seçildiyi dairənin də nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:

“Ümumilikdə məntqələrin sayı isə 40-dır”

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Hüseynbala Mərələmov lider namizəd elan olunmuşdu./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93