“İrəvanı ermənilərə verdilər” deyənlər düşmən dəyirmanına su tökənlərdir… – CAHANDAR BAYOĞLU

31 May, 2020, 12:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

1813, 1828-ci illərdə l və ll Azərbaycan-Rusiya savaşının sonucu olaraq İrəvan, Naxçıvan, Qarabağ, Şirvan, Quba, lənkəran, Dərbənd… Çar Rusiyası tərəfindən işğal olunmuşdur. 1918-ci ilə qədər işğal altında olan torpaqlarımıza ermənilər, ruslar və digərləri köçürülərək, demoqrafik yapı dəyişdirilmişdir. 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyəti Tiflisdə elan olunanda, “Cümhuriyyətin mərkəzi və sınırları necə olacaqdı” – böyük sualdı. Tiflisdə qalmaları mümkün olmayan Milli Şura iyun ayının sonunda savaşaraq, Gəncəyə köçə bildi.

Hər yer erməni-rus silahlı birləşmələrinin gözətimindəydi. Ənvər Paşanın İradəsi olmasaydı, Bakı da daxil olmaqla, Azərbaycanın quzeyi bu çetelərdən qurtula bilməyəcəkdi və Milli Hökümətin qurulması, Cümhuriyyət olmağımız zor olacaqdı, bəlkə də olmayacaqdı.

Nuru Paşanın komutanlığında Gəncə, Şirvan, Qarabağ, Quba, Bakı, Lənkəran, Muğan, Naxçıvan işğaldan azad olunaraq, Cümhuriyyət olması mümkün olmayan bir coğrafiyada dövlət quruldu. Cümhuriyyətin sayəsində Sovetlər Birliyi belə, Azərbaycan Respublikasının varlığını tanıdı və yarımdövlət kimi yaşamağına razılaşdı.

90-ci illərdə azad olmağımızın da kökündə 1918-ci ilin Milli Höküməti vardı.

1918-20-ci illərdə bağımsızlıq savaşımızda İrəvanı azad etməyə güc çatmadı. Belə olduğu halda, tariximizə, milli kimliyimizə, dövlətçiliyimizə qarşı olan “İrəvanı ermənilərə verdilər” deyən düşmən dəyirmanına su tökənləri anlamaq olmur. Bu fikirlər milli birliyimizə qarşı olmaqla, “5-ci kolon”un ağalarının işinə yarayır. Sorumluluğunuzu bilin, ağlınıza atılanları danışmayın, bəylər!”.

Cahandar BAYOĞLU,

Turan Partiyası GK Başkanı


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93