İbrahim Qalın: “Heç kimin də Türkiyənin haqq və hüquqlarını tapdalamasına icazə verməyəcəyik”

5

Yunanıstan və Avropa Birliyi (AB) ölkələri diplomatik danışıqlarla bağlı müvafiq addımlar atmalıdırlar. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın “Tvitter” hesabında deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə həm meydanda, həm də masada güclü tərəf olaraq haqq və maraqlarını hər zaman qoruyacaq. Yunanıstan və AB ölkələri diplomatik danışıqlarla bağlı müvafiq addımlar atmalıdırlar. Aralıq dənizinin şərq hissəsində problemləri sülh yolu ilə həll etmək mümkündür.

Bərabərliyə əsaslanan, əhatəli və rasional yanaşmalar konstruktiv töhfə verəcək. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Ancaq heç kimin də Türkiyənin haqq və hüquqlarını tapdalamasına icazə verməyəcəyik”, – Qalın bildirib.