“İcazə alaraq evdən çıxıb, Prezidentə təşəkkür teleqramı göndərəcəyəm” – Niyaməddin Musayev

30 Aprel, 2020, 17:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Təltif olunmağımla bağlı xəbəri oğlumdan eşitdim. Mənim üçün çox sevindirici haldır”.

Hurriyyet.org xəbər verir ki, bunu azvision.az -a Xalq artisti Niyaməddin Musayev Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə münasibət bildirərkən deyib.

“Günlərdir ki, evdən çölə çıxmıram. Karantinin belə darıxdırıcı günlərində sevindirici xəbər almaq əhvalıma xoş təsir bağışladı. Mən Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezidentimiz Ulu Öndərin yolu ilə gedərək biz sənət adamlarını qiymətləndirir, hər zaman qayğı göstərir. İcazə alaraq evdən çıxıb, Prezidentə təşəkkür teleqramı göndərəcəyəm”, – deyə tanınmış müğənni vurğulayıb.

Qeyd edək ki, sabah 80 yaşı tamam olacaq Xalq artisti Niyaməddin Cabbar oğlu Musayev Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93