“İcazəsi olmayan sahibkarlıq fəaliyyətləri də bərpa edilsin” – Deputatdan təklif

9

“Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil”.

Bunu deputat Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır:

“Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil.

Artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur. Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir.

Bu baxımdan, növbəti mərhələdə də yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı. Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlıq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”. \\Teleqraf