İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu – FOTOLAR

29 May, 2020, 13:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

Hurriyyet.org-un xəbərinə görə, kənddə yerləşən bir çox tarlalara baş çəkən icra hakimiyyətinin başçısı məhsul yığan  əməkçilərlə görüşmüş və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.

Təzə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov cari ildə 204 hektar sahədə kartof və 78 hektar sahədə çiyələk əkilib-becərilməsi barədə məlumat verib. Görüşdə fermerlər Xəlil Şükürov, Cəsarət Əzizov, manqabaşçıları Gülqədəm Mustafayeva və Südabə Cavadova rayon rəhbərinin sahələrə gəlməsi, zəhmətkeşlərlə görşməsini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildirdilər və eyni zamanda əkinçilərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər.

Qeyd: İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu addımının səmimi olmadığı bildirilib./pravda.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93