İcra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü: Maşın da icra başçısına məxsusdur – FOTOLAR

30 May, 2020, 12:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs icra başçısının adamı imiş. Avtomobil isə icra başçısınındır.

Dünən Füzuli rayonu Babı kəndi ərazisində 10 BK 050 dövlət nömrə nişanlı “VAZ-21214” markalı avtomobil aşıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Avtomobil yol kənarına çıxaraq, bir neçə dəfə aşıb.

Sürücü Füzuli rayon 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev hadisə yerində dünyasını dəyişib. Sərnişin isə xəsarət alıb.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən Fuad Əliyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin yaxın adamıdır.

“Fedya” ləqəbi ilə tanınan Fuad Əliyev icra başçısının fermer təsərrüfatına nəzarət edirmiş. İcra başçısının quşçuluq sahəsi üzrə yaratdığı biznes əsasən Fuad Əliyevin nəzarətində imiş.

Onu da qeyd edək ki, Fuad Əliyevin idarə etdiyi avtomobil də icra başçısına məxsusdur./musavat.com/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93