İCRA BAŞÇISININ VİDEOSU YAYILDI

12 İyun, 2019, 22:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropadakı milyonluq şirkətləri ilə bağlı bir müddət əvvəl mediada məlumat yayılmışdı.

İndi icra başçısının həmin şirkətlərdən birində işlərə nəzarət edən zaman çəkilmiş video görüntüsü yayılıb. Videonu sosial şəbəkədə yayan jurnalist Cavanşir Həsənli bildirib ki, görüntülər Ukraynanın Lvov vilayətində, Nikolayevsk qəsəbəsində icra başçısının 10 milyon dollara aldığı zavodda çəkilib.

“İcra başçısı hələ də işinin başındadır. Hələ də talamağında davam edir. Təqdim etdiyim video icra başçısının zavodunun görüntüləridir. Baxın, elə o zavodun həyətində harın-harın gəzən Ziyəddin Əliyevin özünü də görəcəksiniz. Görəcəksiniz ki, Azərbaycanda dövlətin büdcəsindən oğurlayan Ziyəddin Əliyev ukraynalılara özünü necə biznesmen kimi sırıyır”.

Xatırladaq ki, Z. Əliyevin Avstriyada, Çexiyada şirkətləri haqda da məlumat yayılmışdı. \\Yeni Sabah

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93