Salam, xoş gəlmisiniz.

İcra başçısının müavini insanların həyatını TƏHLÜKƏYƏ ATIB

2019-07-11 11:58:35

İcra başçısının müavini insanların həyatını TƏHLÜKƏYƏ ATIB

Sevil Əhmədovanın İsmayıllının mərkəzində tikdirdiyi qaz “zapravka”sı səbəbindən əhali ciddi naharat olub

İsmayıllı rayonu, İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavinindən şikayət edən A.Abdullayev qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edir:

“İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoymuşdur. Belə ki, İsmayıllı rayonu Nizami küçəsi ərazisndə fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində lap yaxınlığında inşa edilmişdir. Buna görə, orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır.

Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaradır. Həmçinin, hər an baş verə biləcək partlayış kütləvi insan tələfatına gətirib çıxara bilər. Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə artıq bir neçə sakin evlərinin qapısını bağlayıb, oradan köçüblər.

Mən İsmayıllı rayonu Nizami küçəsi ərazisndə 600 kv-m sahəsi olan obyekti inşa etdirib, orada shibkarlıq fəaliyyəti ilə məşğul oluram. Ancaq rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışam.

Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciətlər ediblər. Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib, onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir.

Məcbur olub mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.

Cənab Prezident!

Siz vətəndaşların daima qayğısına qalırsınız, sahibkarlığın inkişafına kömək olursunuz. Sizdən xahiş edirik İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz”.

Kənan, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru