İki azərbaycanlı Gürcüstana ekstradisiyalarını tələb edir – “Lotu Quli”nin adamını öldürməkdə təqsirləndirilirlər

29 May, 2019, 14:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tbilisidə qətl törətməkdə təqsirləndirilən və Rusiyada həbs olunmuş Emin Əhmədov və Hüseyn İskəndərov Gürcüstana ekstradisiyalarını tələb edirlər.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə onların vəkilləri Nika Sadradze və Maqamed İsmayılov keçirdikləri brifinqdə bildiriblər.

Vəkillərin sözlərinə görə, müdafiə etdikləri şəxslər 2017-ci ilin sentyabrında Tbilisinin Ortaçala rayonunda Elşən Məmmədovu qətlə yetirməkdə ittiham olunurlar.

N.Sadradze deyib ki, iş üzrə ittiham Gürcüstanın Cinayət Məcəlləsinə əsasən irəli sürülüb: “Elşən Məmmədov Rusiya vətəndaşı olduğundan cinayətin istintaqı Gürcüstanla yanaşı, Rusiyada da aparılır”.

Vəkil E.Əhmədov və H.İskəndərovun hazırda Sankt-Peterburqda təcridxanada saxlanıldıqlarını söyləyib: “Rusiya tərəfi müttəhimləri Gürcüstana ekstradisiya etmir. Cinayət işi üzrə istintaq Gürcüstanda başladığına görə, hər iki şəxs Gürcüstanda mühakimə olunmalıdır”.

Qeyd edək ki, Tbilisidə qətlə yetirilən E.Məmmədov “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı olub.

E.Əhmədov və H.İskəndərov Rusiya vətəndaşlarıdır. Rusiya qanunvericiliyinə əsasən, cinayətin ağırlığına baxmayaraq, ölkə vətəndaşı xaricə ekstradisiya oluna bilməz.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93