“İki ölkə arasındakı problemdən xəbərsizəm” – “Arsenal”ın baş məşqçisi

13 May, 2019, 8:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İngiltərə “Arsenal”ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin, o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: “Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Çelsi” ilə üz-üzə gələcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93