“İkinci dalğa başlaya bilər” – Deputat

2 May, 2020, 22:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində respublikada pandemiya ilə mübarizə tədbirləri tam nəzarətə götürüldü”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili onu da qeyd edib ki, ilk gündən atılan addımların davamlılığı ilə yanaşı karantin rejimində həyata keçirilən yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik: “Dünya təcrübəsindən yaxşı məlumdur ki, koronavirus yenidən özünü büruzə verən pandemiyadır. Unutmayaq ki, mövcud qaydalara riayət olunmazsa prosesin ikinci dalğası başlaya bilər. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər.

Koronavirus pandemiyasına qarşı mübarizədə gigiyena qaydalarına düzgün əməl olunması ən vacib tələdlərdəndir. Bir sözlə, vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar.

Təbii ki, qaydalara riayət edilməsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. COVID-19-un necə təhlükəli olduğunu unutmadan, bu infeksiyaya qarşı hamı birlikdə sona qədər mübarizə aparmağı özünə borc bilməlidir.

Prezidenti İlham Əliyev bütün çıxışlarında COVID-19 pandemiyasının uzun müddətli proses olduğunu, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb: “Hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir. Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq”.

N.Həmzəyev əlavə edib ki, koronavirus təhlükəli bir infeksiyadır və ona dırnaqarası münasibət göstərmək olmaz. Karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinə riayət etmək hər birimizin borcudur. Prezident İlham Əliyevin “Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır” çağırışına cavab olaraq sağlam gələcəyimiz naminə, ətrafımızdakı insanların ümumbəşəri bəlaya yoluxmamaları üçün sosial izolyasiya qaydalarına əməl edək. \\Pravda


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93