İkiqat Avropa çempionu olan polis rəisi işdən çıxarıldı – NÖQSANLARA GÖRƏ

27 Fevral, 2019, 11:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş İdarənin rəis müavini, polis polkovniki Fuad Məmmədli də tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

ONA-nın əldə etdiyi məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə əməkdaş cəzalandırılıb.

Xatırladaq ki, Qalib Hümbətov sambo üzrə ikiqat Avropa çempionudur.

İşdən çıxarılan rəis müavini Fuad Məmmədli isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93