Salam, xoş gəlmisiniz.

İlham Əliyev millimizi təbrik etdi

2020-02-13 12:11:00

İlham Əliyev millimizi təbrik etdi

Prezident İlham Əliyev İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.

Hurriyyet.org xəbər verir ki, təbrik mesajını dövlət başçısını özünün "Twitter" səhifəsində yerləşdirib. 

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm" deyə Prezident vurğulayıb.

Xatırladaq ki, Azərbaycan millisi İtaliyanın paytaxtı Romada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93