“Şimal qonşumuzdan ölkəmizə 2 milyard dollar daxil olacaq” – NATİQ CƏFƏRLİ

3 Oktyabr, 2019, 10:45
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Rusiyadan Azərbaycan gələn vəsait aqrar sektor məhsullarının ixracatından 4 dəfə çoxdur”

“Bu ilin ilk 6 ayı ərzində "BLIZKO", "CONTACT", "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərii, eləcə də Rusiya poçtu vasitəsi ilə Rusiyadan Azərbaycana 417 milyon dollar pul göndərilib. Bu ancaq rəsmi ödəniş sistemləri ilə ölkəyə daxil olan puldur”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Bu il şimal qonşumuzdan ölkəmizə təqribən 2 milyard dollar, yəni 3 milyard 400 milyon manat vəsait daxil olacaq”

“Cibdən-cibə, qohum-tanış vasitəsi ilə göndərilən vəsait qeydiyyata düşmür və ən azı bir o qədər də qeydiyyatsız pul Rusiyadan məmləkətə daxil olur. İllik götürsək, bu il şimal qunşumuzdan ölkəmizə təqribən 2 milyard dollar, yəni 3 milyard 400 milyon manat vəsait daxil olacaq. Həmin vəsait ölkədə sosial gərginliyin azalmasında, alıcılıq qabiliyyətinin yüksəlməsində, ticarət dövriyyəsinin artmasında, toyları-yasları yola verməkdə mühim rol oynayır”,-deyə iqtisadçı əlavə edib.

“Rusiya pulu olmasa ölkədə sosial vəziyyət daha pis olardı”

Cəfərli onu da vurğulayıb ki, Rusiyadan il ərzində Azərbaycan ailələrinə gələn vəsait məmləkətin bir ildə aqrar sektor məhsullarının ixracatından 4 dəfə çoxdur: “Rusiya pulu olmasa, ölkədə sosial vəziyyət daha pis olardı. Bu şimal qonşumzun "yumşaq gücüdür", növbəti təsir mexanizmidir.

Hökumət də düşünür ki, əhalini atdığı addımlar dolandırır, ay-hay”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93