Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır

11 İyul, 2019, 11:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Şimali Koreya beşinci nəsil “F-35A” qırıcı-bombardmançı təyyarələri ilə mübarizə aparmaq üçün xüsusi silah hazırlayır.

TASS xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi yanında Amerikaşünaslıq İnstitutunun Tədqiqat şöbəsinin məlumatında deyilir.

Cənubi Koreyanın ABŞ-dan “F-35” qırıcılarını alması Şimali Koreyanı narahat etməyə başlayıb.

Şimali Koreya tərəfinin bəyanatında deyilir ki, sözügedən qırıcıların məhv edilməsi regionda ətraf ölkələr üzərində hərbi üstünlüyü təmin etməyə yönəlib.

Söhbətin məhz hansı silahın hazırlanmasından getdiyi məlum deyil. Lakin hesab edilir ki, Şimali Koreya taktiki raketlər hazırlayır.

Xatırladaq ki, ilk “F-35A” qırıcısı martın sonunda Cənubi Koreyaya verilib. 2021-ci ilədək daha 40 belə qırıcının təhvil verilməsi planlaşdırılıb./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93