İmamoğlu: Erməni olsaydım, bunu gizlətməzdim

8 İyun, 2019, 18:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından İstanbul meri vəzifəsinə namizəd olan Əkrəm İmamoğlu “The Times” nəşrinə müsahibə verib.

İmamoğlu Türkiyə hakim dairələrinin yanlış informasiya yaymaqla əhalini onun milliyyətcə türk deyil, yunan olduğuna inandırmağa çalışdığını deyib.

“Yunan olsaydım, heç vaxt bunu gizlətməzdim. Erməni olsaydım, milli mənsubiyyətimi heç vaxt gizlətməzdim”, – deyə o vurğulayıb.

Qeyd edək ki, martın 31-də keçirilən bələdiyyə seçkilərində İmamoğlu cüzi fərqlə iqtidarın namizədi Binəli Yıldırıma qalib gəlib. Lakin may ayında Türkiyə Mərkəzi Seçki Komissiyası səsvermə zamanı qanun pozuntularını əsas gətirərək İstanbuldakı seçkilərin nəticələrini ləğv edib. Təkrar seçki iyunun 23-nə təyin olunub.\\Oxu.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93