IMF xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb

4

Bu il dünya bazarında xam neftin 1 barelinin orta qiyməti 41,69 ABŞ dolları olacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı “World Economic Outlook” hesabatının oktyabr sayında bildirilir.

Qurum gələn il isə bu rəqəmin 46,7 dollar/barel təşkil edəcəyini proqnozlaşdırır.