“Improtex Motors” şirkəti ilk dəfə BMW İ3 elektromobilini təqdim edib

13

 

“Improtex Motors” şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni BMW i3 avtomobilini Azərbaycanda təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. Pis hava şəraitində və ya kondisioner və istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş BMW i3 bir tam enerji yığımına ən az 200 km məsafə qət edə bilər.

BMW i3 100 km/s sürətini cəmi 7.3 saniyəyə sürətlənir. Yenilənmiş BMW i3 öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan ən idman tərzli və effektiv elektromobildir. Yenilənmiş BMW i3 80-dən 120 km/s-ə qədər yalnız 5,1 saniyə ərzində sürətlənməyə qadirdir və əmin ötmələri həyata keçirməyə imkan verir. Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri olan avtomobilləri nümayiş etdirə bilərdilər.

BMW i3 öz seqmentində yeni oriyentirlər təyin edir və özündə inanılmaz effektivliklə bütün BMW avtomobillərinə xas olan və yalnız elektrik enerjisi ilə 300 km-də gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir.

BMW i3 enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş BMW i3 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. BMW i3 50 kvt gücündə daimi cərəyanla doldurulma imkanına malikdir. Daimi cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları BMW i3 batareyasını 40 dəqiqədən az müddətdə 80% -ə qədər doldurur.

Əlavə olaraq baza komplektasiyasında BMW i3 sahibləri kameralı və Stop&Go funksiyalı kruiz-kontrol,tıxaclarda hərəkət zamanı kömək, sürət məhdudiyyəti haqqında məlumat, şəhərdə avtomatik dayanma funksiyası olan qəza hallarının və piyadaların vurmasının qarşısının alınması sistemi, eləcə də yollarda intellektual yardım sistemi olan Driving Assistant Plus paketini əldə edirlər.

BMW i3-in zəngin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio Professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə park etmə sistemi Park Distance Control daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.

BMW i3 avtomobilləri ilə A. Salamzadə 33 ünvanda yerləşən “İmprotex Motors” (əlaqə: 050-207-17-60 /050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive” də (əlaqə: 050-250-17-70)salonunda tanış olmaq mümkündür. Bu modelin alıcıları sürətli enerji yığma cihazını hədiyyə olaraq alacaqlar. Artıq bu ildən etibarən brend həvəskarları həmçinin Hibrid modellərini də əldə edə bilərlər.

Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.