“İmtina cavabları alanlar məhkəmələrə şikayət etməklə haqlarını tələb etməlidirlər” – QUBAD İBADOĞLU

7 May, 2020, 11:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Nazirliyə müraciət edənlərin hamısına 190 manat birdəfəlik yardım ödənilməli idi”

“Sahil Babayevin “Azərbaycan” qəzetinə müsahibəsindən bəlli olur ki, ölkədə 1 milyon 235 min 200 nəfər işsiz kimi qeydiyyata alınmaq üçün “e-sosial” portalı üzərindən və məşğulluq mərkəzlərinə birbaşa müraciət edib. O bildirib ki, rəhbərlik etdiyi nazirlik tərəfindən  600 min nəfərə 190 manatlıq birdəfəlik yardım etməklə yanaşı, ən azı  635 min  200 nəfərə də imtina cavabı veriblər. 320 min şəxsin adına aktiv əmək müqaviləsi  bildirişi, 170 min şəxsin adına aktiv VÖEN, 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı,  19 min 200 şəxsin adında 2 və daha çox avtomobili olduğu üçün  onlara birdəfəlik ödəmə verilməsindən imtina edilib. Bununla yanaşı, 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi məlum olub. Göründüyü kimi, birdəfəlik yardım alan işsizlərlə, birdəfəlik yardım almaqdan imtina edilənlərin birlikdə sayı 1 milyon 235 min 200 nəfər olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Nazirlik qanunu pozaraq, ehtiyacı və yardımı almaq hüququ  olanların sayını  ən azı 2 dəfəyədək azaltdı”

Q. İbadoğlunun fikrincə, Nazirliyə müraciət edənlərin hamısına 190 manat birdəfəlik yardım ödənilməli idi: “Lakin Nazirlik qanunu pozaraq, işsizləri  aztəminatlı təbəqənin nümayəndələri kateqoriyasına salaraq, onlara yardım verməmək üçün məhdudlaşdırıcı normalar tətbiq etməklə ehtiyacı və yardımı almaq hüququ  olanların sayını  ən azı 2 dəfəyədək azaltdı. Koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlara qarşı bu münasibət sosial çəhətdən böyük ədalətsizlik olmaqla yanaşı,  “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü maddəsinin 1-ci bəndinin,  “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinin tələblərini kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, imtina cavabları alanlar öncə Nazirliyə, sonra isə məhkəmələrə şikayət etməklə haqlarını tələb etməlidirlər”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93