Salam, xoş gəlmisiniz.

Çin hökuməti uyğur türklərinin dinini və milliyyətini silmək istəyir - RƏSMİ HESABAT

2019-07-22 18:56:59

Çin hökuməti uyğur türklərinin dinini və milliyyətini silmək istəyir - RƏSMİ HESABAT

Hurriyyet.org xəbər verir ki, Çin hökuməti uyğur türkləri ilə bağlı qalmaqallı bir hesabat yayıb. Hesabatda yazılıb: “İslam uyğur türklərinin yeganə inancı deyil”. Qalmaqallı hesabatda uyğurları türk hesab eləməyin yalnış olduğu və uyğur türklərinin türkpərəst və islampərəst qrupların siyasi oyuncağına çevrildiyi iddia edilib.

Mətndə islam dininin ərəb imperatorluğu tərəfindən zorla qəbul etdirildiyi yazılıb. Çin hökuməti yazır: “Dinə əsaslanan idarəçilik və dini radikallıq bir xəyanətdir və ona qarşı durmaq lazımdır”.

Hesabatda Şərqi Türkistanın 3-cü əsrdən bəri Çin imperatorluğunun bir parçası olduğu iddia edilir.

Bəlli olduğu kimi, Rekin hakimiyyəti son dövrlərdə “təlim” adı altında uyğur türklərini, qazax türklərini və əksəriyyəti müsəlman olan digər etnik azlıqları xüsusi düşərgələrə toplayaraq onlara işgəncə verir. Beynəlxalq ictimaiyyətin etirazla qarşıladığı bu düşərgələrdə zorla saxlanılan uyğur türklərinin sayının təqribən bir milyondan artıq olduğu bildirilir.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru