Çin liderindən Ərdoğana GÖZLƏNİLMƏZ TƏKLİF

15 İyun, 2019, 17:50
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə iki ölkə arasında terrora qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edib.

RİA Novosti xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Hazırkı durumda tərəflər özündə əsaslı maraqları əks etdirən məsələlərdə bir-birini dəstəkləməlidir, terrorizmə qarşı mübarizədə əməkdaşlığı gücləndirməlidir”, – deyə Si Cinpin vurğulayıb.

O həmçinin Çin-Türkiyə münasibətlərinə xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, ikitərəfli dostluğun iki ölkə arasında qarşılıqlı etimada çevrilməsi üçün Ərdoğanla birgə çalışmağa hazırdır.

Öz növbəsində Ərdoğan bildirib ki, Türkiyə Çinlə münasibətlərin inkişafına böyük önəm verir, iqtisadi-ticarət, maliyyə sahələrində, o cümlədən infrastrukturun yaradılmasında əməkdaşlığı genişləndirməyə hazırdır.\\Oxu


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93