ÇİNDƏ YENİ VİRUS AŞKARLANDI: 1 nəfər öldü, 32 nəfər karantinə alındı – SİÇANLARDAN KEÇİR

24 Mart, 2020, 14:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Çində Kovid-19 virusunun ardından yeni bir virusun meydana çıxdığı xəbəri yayılıb. Ölkənin Yunnan əyalətində bir nəfər avtobusda həyatının itirib. Aparılan testlər nəticəsində həmin şəxsin hanta virusunu daşıdığı aşkara çıxdıqdan sonra həmin avtobusda olan 32 nəfər karantin altına alınıb.

Gəmiricilər vasitəsi ilə insanlara keçən hanta virusunun öldürücü olduğu bildirilir. Qripə bənzər əlamətləri mövcuddur. Hanta virusuna yoluxan şəxslər arasında qızdırma və titrətmə, böyrəklərin funksiyalarının pozulması, başağrısı, əzələ, qol və bel ağrıları, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti bulanıq görmə, öskürək, təngnəfəslik, dəridə qanama kimi əlamətlərin görünə biləcəyi bildirilir.

Hantavirus Ağciyər Sindromu (HPS) siçanların ifrazatları ilə təmasda olan insanlara keçir. İnsandan insana keçmədiyi, epidemiya təhlükəsi yaratmadığı bildirilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93